CNN, MS NOW və Politico ABŞ Prezidenti Donald Tramp və administrasiyasının digər üzvlərini Ağ Ev ərazisinə girişlərinin qadağan edilməsinə görə məhkəməyə verib.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, media qurumları qadağanın ABŞ Konstitusiyasının Birinci Düzəlişində təsbit olunan söz və mətbuat azadlığını pozduğunu bildiriblər.
Onlar Vaşinqtondakı federal məhkəmədən qadağanın dayandırılması üçün müvəqqəti məhkəmə qərarı çıxarılmasını istəyiblər. Tramp qadağanı cümə günü elan edib və bazar ertəsi media qurumlarının milli təhlükəsizlik üçün təhdid yaratdığını iddia edərək qərarını müdafiə edib.
Nuray Qafarzadə