Rusiya xarici işlər naziri Sergey Lavrov Avropada naməlum dronların peyda olması ilə bağlı Qərb mediasında Rusiyaya qarşı əsassız ittihamların səsləndirildiyini bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Lavrov bu fikirləri “Feyklər üzrə Dialoq 4.0” forumunda çıxışı zamanı səsləndirib və bəzi hallarda dronların Ukraynaya məxsus olduğunu və ya mənsubiyyətinin müəyyənləşdirilmədiyini deyib.
Onun sözlərinə görə, bu cür xəbərlər bir neçə gün ərzində geniş şəkildə yayıldıqdan sonra media gündəmindən çıxarılır. Lavrov iddia edib ki, bəzi hallarda bu məlumatlardan Rusiya diplomatlarının ölkədən çıxarılması və konsulluq, eləcə də mədəniyyət mərkəzlərinin bağlanması üçün istifadə olunur.
Nazir Qərbin informasiya siyasətinin konkret hadisələrlə bağlı alternativ məlumatların yayılmasına mane olduğunu bildirib. Forum Rusiyanın Milli Mərkəzində keçirilir və tədbirdə 80 ölkədən 2 mindən çox iştirakçı iştirak edir.
Nuray Qafarzadə