Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Avropa İttifaqını Rusiyanın suveren aktivlərinin müsadirə edilməsinə yönəlmiş cəhdlərin nəticələri barədə xəbərdar edib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, SVR belə addımların Avropa institutlarına olan etimadı sarsıda biləcəyini və Qlobal Cənub ölkələrinin Avropa yurisdiksiyalarını təhlükəsiz məkan kimi qəbul etməyəcəyini bildirib.
Xidmətin açıqlamasında qeyd olunub ki, Avropa maliyyə sisteminin sabitliyi Çin, Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ və Sinqapur kimi ölkələrin Avropa qiymətli kağızlarına yatırımlarından da asılıdır. SVR Rusiyanın aktivlərinin müsadirəsinin Avropanın maliyyə sisteminə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Nuray Qafarzadə