Çin lideri Si Cinpinin bu həftə Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüşdə Tayvana silah satışlarının dayandırılmasını gündəmə gətirəcəyi gözlənilir.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, Pekin 1982-ci ildə imzalanmış ABŞ-Çin birgə kommünikesinə əsaslanaraq Vaşinqtonun Tayvana silah satışlarını mərhələli şəkildə azaltmasını tələb edə bilər.

Sənəddə ABŞ Tayvana silah satışlarını tədricən azaltmaq və uzunmüddətli silah tədarükü həyata keçirməmək niyyətini açıqlayıb. Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Tayvana silah satışlarına qarşı çıxdığını və əvvəlki razılaşmalara əməl olunmasını münasibətlərin sabit inkişafı üçün vacib şərt hesab etdiyini bildirib. Si Cinpin çərşənbə günü Vaşinqtona çatacaq, rəsmi danışıqlar isə cümə axşamı keçiriləcək.

Nuray Qafarzadə