Rusiya prezidenti Vladimir Putin süni intellekt texnologiyalarının sürətli yayılmasını informasiya-kommunikasiya sahəsində ciddi çağırış kimi qiymətləndirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Putin “Feyklər haqqında Dialoq 4.0” forumunun iştirakçılarına müraciətində informasiya təhlükəsizliyinin və məxfiliyin qorunması üçün müasir standartların və qaydaların hazırlanmasının vacibliyini vurğulayıb.
Rusiya lideri rəqəmsal risklərə qarşı mübarizənin effektivliyinin artırılmasının zəruriliyini qeyd edib. “Feyklər haqqında Dialoq 4.0” dezinformasiyaya qarşı mübarizə və fakt yoxlama texnologiyalarının inkişafının müzakirə edildiyi beynəlxalq platformadır.
Nuray Qafarzadə