ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşlər keçirəcək və gündəmdə İran və Ukraynadakı müharibələr olacaq.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, Tramp əvvəlcə Baş Assambleyada çıxış edəcək, daha sonra 11-dən çox dünya lideri ilə ikitərəfli və qrup formatında görüşəcək.
ABŞ prezidenti Ukrayna lideri Volodimir Zelenski, Danimarkanın baş naziri Mette Frederiksen, Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen və bir sıra Körfəz ölkələrinin nümayəndələri ilə də görüşəcək. Trampın ikinci prezidentlik dönəmində xarici siyasətə diqqətini artırdığı və müxtəlif münaqişələrin həlli istiqamətində vasitəçilik səyləri göstərdiyi bildirilir. Onun görüşlər proqramına gün ərzində əlavə liderlərin də daxil edilə biləcəyi qeyd olunur.
Nuray Qafarzadə