ABŞ prezidenti Donald Tramp administrasiyasının gündəliyi ilə bağlı artan müqavimət fonunda qərarlarını əsaslandırmaq üçün milli təhlükəsizlik məsələsinə daha çox istinad edir.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, Tramp Vaşinqton yaxınlığında planlaşdırdığı 250 fut hündürlüyündə zəfər tağının snayperlər, dronlar və sursatla təchiz edilərək “hərbi kompleks” kimi fəaliyyət göstərəcəyini və milli təhlükəsizliyi təmin edəcəyini bildirib.
Tramp həmçinin Ağ Evdən uzaqlaşdırdığı CNN, MS NOW və Politico-nu milli təhlükəsizliyə təhdid adlandırıb. O, ikinci prezidentlik dönəmində Ağ Evdə 400 milyon dollarlıq bal zalının tikintisi, Milli Qvardiyanın bəzi şəhərlərə göndərilməsi və xarici mallara tətbiq olunan tariflər kimi məsələlərdə də təhlükəsizlik arqumentindən istifadə edib. Hüquq ekspertləri Trampın bu əsaslandırmaya əvvəlki prezidentlərdən daha geniş və tez-tez müraciət etdiyini bildiriblər.
Nuray Qafarzadə