Azərbaycan və ABŞ aqrar sahədə əməkdaşlığı genişləndirməyi müzakirə edib
NQ
Azərbaycan və ABŞ arasında kənd təsərrüfatı məhsullarının ticarətinin artırılması, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələlər kənd təsərrüfatı naziri Məcnun Məmmədovun ABŞ-yə səfəri çərçivəsində ABŞ kənd təsərrüfatı nazirinin birinci müavini Stiven Vadenlə görüşündə müzakirə edilib.
Görüşdə aqrar sahədə qarşılıqlı təcrübə mübadiləsi, Qarabağ və Şərqi Zəngəzurda müasir və iqlimə davamlı kənd təsərrüfatı modelinin qurulması məsələlərinə toxunulub. Tərəflər iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlığa dair memorandum layihəsini də müzakirə ediblər. Stiven Vaden biotexnologiyalar, heyvandarlıqda seleksiya və damazlıq işi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.