Rusiyalı tanınmış teatr və kino aktyoru Nikolay Tkaçenko Ukraynadakı hərbi əməliyyatlar zamanı həlak olub.

Postxronika.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyinə sənətçinin anası İnna Tkaçenko təqdim edib.

​Yaxınlarının verdiyi açıqlamaya görə, hazırda mərhumun cənazəsinin yeri barədə dəqiq informasiya mövcud deyil.

Qeyd edək ki, Tkaçenko geniş tamaşaçı auditoriyasına "Univer", "SaşaTanya" və "Triqer" kimi populyar seriallardakı rolları ilə tanınırdı. O, həmçinin "İ.P.Piroqov" layihəsindəki çıxışı və müxtəlif teatr tamaşalarındakı uğurlu obrazları ilə yadda qalmışdı.