Fransalı ulduz hücumçu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirərək “Əl-Hilal” klubu ilə müqavilə imzalayıb.
Postxronika.az xəbər verir ki, təcrübəli futbolçunun yeni komandası ilə bağladığı anlaşmanın müddəti rəsmi olaraq hələlik açıqlanmayıb.
38 yaşlı forvard bundan əvvəl 2023-2025-ci illərdə “Əl-İttihad” formasını geyinib və bu kollektivlə ölkə çempionluğu sevincini yaşayıb. Yanvarın 29-da Fransanın “L’Equipe” nəşri Benzemanın maaşının azaldılması ilə bağlı yaranan narazılıq səbəbindən klubundan ayrıldığını iddia etmişdi. Peşəkar karyerası ərzində “Lion” və “Real Madrid” kimi nəhənglərdə çıxış edən hücumçu 2022-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatını qazanıb. Fransa millisinin heyətində 97 matçda 37 qol vuran təcrübəli oyunçu, artıq yeni klubunun uğurları üçün çalışacaq.