Çinin şərqində yerləşən Szyansu əyalətində tikilməkdə olan dəmiryol körpüsünün uçması nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər isə itkin düşüb.

Postxronika.az xəbər verir ki, bu barədə məlumatı "Xinhua" agentliyi yayıb. Hadisə fevralın 2-də axşam saatlarında Yançen şəhərində qeydə alınıb.

​Mühəndislik işləri Çinin Dəmir Yolu Tikinti Korporasiyasının (CRCC) 12-ci Bürosu tərəfindən həyata keçirilən layihədə baş verən qəza yerinə dərhal xilasedicilər cəlb olunub. Hazırda itkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hadisənin dəqiq başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.