"Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi komandanın hazırkı durumu və baş məşqçi Maykl Kerrikin fəaliyyəti barədə müsbət fikirlər səsləndirib. "Qırmızı şeytanlar"ın sabiq hücumçusu doğma klubunun son oyunlardakı uğurlu seriyasını və nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirib.

Postxronika.az xəbər verir ki, BBC-yə danışan Runi "Mançester Yunayted"in köhnə əzəmətini qaytardığını vurğulayaraq, Kerrikin mövsümün sonuna qədər bu tempi qoruyacağı təqdirdə daimi baş məşqçi təyin olunmasını təklif edib. Qeyd edək ki, "Mankunianlar" Kerrikin rəhbərliyi ilə "Mançester Siti", "Arsenal" və "Fulhem" üzərində qələbə qazanaraq, 24 turdan sonra 41 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.