"Renn"in gənc müdafiəçisi Ceremi Jaket karyerasını İngiltərə nəhəngi "Liverpul"da davam etdirəcəyini rəsmən təsdiqləyib.

Postxronika.az xəbər verir ki, "mersisaydlılar" 20 yaşlı futbolçunun keçidi uğrunda mübarizədə "Çelsi"ni qabaqlayaraq, bu transferi 60 milyon avro qarşılığında reallaşdırıb. Razılaşmaya əsasən, mərkəz müdafiəçisi cari mövsümün sonuna qədər icarə əsasında Fransa təmsilçisində qalacaq. "Dünyanın ən böyük klublarından biri ilə anlaşmaq şərəfdir" deyən oyunçu mövsümü doğma komandasında yüksək notlarla tamamlamaq istədiyini vurğulayıb. Qeyd edək ki, Fransa U-21 yığmasının üzvü cari çempionatda "qırmızı-qaralar"ın heyətində 18 matçda meydana çıxıb.