ABŞ-da federal məhkəmə Tramp administrasiyasının 350 min haitili miqranta şamil edilən "Müvəqqəti Qorunan Status"u (TPS) ləğv etmək cəhdinin qarşısını alıb.
Postxronika.az xəbər verir ki, hakim Ana Reyes daxili təhlükəsizlik katibi Kristi Noemin immiqrasiya statusunu dayandırmaq barədə sərəncamına qarşı müvəqqəti qadağa qoyub. Məhkəmə rəyində hökumətin bu qərarının ağdərili olmayan immiqrantlara qarşı düşmənçilik zəminində verilmə ehtimalının yüksək olduğu vurğulanıb. Hakim həmçinin iddiaçıların "qatil və ya cinayətkar" olması barədə səsləndirilən fikirləri əsassız sayaraq, onların cəmiyyətə faydalı peşə sahibləri olduğunu bildirib. Bu hökm sayəsində sözügedən kütlənin ölkədə qanuni yaşamaq və işləmək hüquqları, eləcə də deportasiyadan müdafiəsi qüvvədə qalacaq. Qeyd edək ki, rəsmi Vaşinqton bu addımı daha genişmiqyaslı deportasiya planının tərkib hissəsi kimi həyata keçirməyə çalışırdı.