Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi, güclü külək və yağıntıların müşahidə olunacağı gözlənilir.
Postxronika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi yollarda yarana biləcək təhlükələrin qarşısını almaq məqsədilə hərəkət iştirakçılarına müraciət edərək, onları maksimum diqqətli olmağa çağırıb. Sürücülərə sürət həddini meteoşəraitə uyğun seçmək, ara məsafəsini qorumaq, işıq cihazlarından düzgün istifadə etmək və kəskin manevrlərdən çəkinmək tövsiyə edilir. Müraciətdə həmçinin piyadaların yolu keçərkən ehtiyatlı davranmasının, xüsusilə moped və motosiklet sürücülərinin güclü külək zamanı tarazlığı itirmə riskini nəzərə almasının vacibliyi vurğulanıb.