Böyük Britaniyada hökumət təhlükəsizlik xidmətlərinin ətraf mühitin qorunması ilə bağlı ciddi xəbərdarlıqlarına məhəl qoymamaqda ittiham olunur.

Postxronika.az xəbər verir ki, rəsmi London tropik meşələrin mühafizəsi üçün nəzərdə tutulan fonda sərmayə qoymaqdan imtina edərək, faktiki olaraq özünün yaratdığı təşəbbüsdən geri çəkilir. Starmer administrasiyası ekosistemlərin qorunmasını iqtisadi rifaha zidd addım kimi təqdim edərək, "xəyali seçici" kütləsinin rəğbətini qazanmağa çalışır. Təhlükəsizlik ekspertlərinin iqlim böhranının milli təhdid olması barədə rəyləri isə hökumət tərəfindən ört-basdır edilir. Bundan əlavə, iri sənaye maqnatlarının ekoloji tədbirləri əngəlləmək məqsədilə radikal siyasi qrupları maliyyələşdirməsi narahatlıq doğurur. Mütəxəssislər beynəlxalq iqlim maliyyələşməsindən imtinanın gələcəkdə ciddi fəsadlar törədəcəyini bildirirlər.