İranda kriptovalyuta əməliyyatlarının kəskin artması Vaşinqtonun narahatlığına səbəb olub. 

Postxronika.az xəbər verir ki, ABŞ müstəntiqləri rəsmi Tehranın sanksiyalardan yayınmaq üçün rəqəmsal aktivlərdən istifadə edib-etmədiyini araşdırır. Məlumata görə, xüsusilə stabilkoinlərlə aparılan milyardlarla dollarlıq əməliyyatlar və bəzi kriptobirjaların İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələri ciddi şübhələr yaradıb, bu isə ABŞ-nin regiondakı maliyyə nəzarətini daha da gücləndirəcəyini göstərir.