Türkiyənin “Fənərbaxça” klubu Fransız yarımmüdafiəçi Nqolo Kante ilə transfer razılaşması əldə etsə də, bu keçid rəsmi şəkildə baş tutmayıb.
Postxronika.az xəbər verir ki, klubdan verilən açıqlamaya görə, sənədləşmə prosesində problem yaranıb və bu səbəbdən transfer qeydiyyatdan keçməyib. Klub FIFA-ya əlavə vaxt üçün müraciət etsə də, hələ rəsmi təsdiq alınmayıb.