"Real"ın ulduz futbolçusu Kilian Mbappe Avropanın "Top-5" liqalarında XXI əsrin penalti rekordunu qırmağa çox yaxındır.

Postxronika.az xəbər verir ki, "Score 90" portalının məlumatına əsasən, fransalı hücumçu La Liqanın son turunda "Rayo Valyekano" ilə görüşdə (2:1) fərqlənməklə bu mövsüm 11 metrlik cərimə zərbəsindən 12-ci qolunu vurub.

Hazırda forvard mütləq rekordçuya çatmaq üçün daha 4 dəfə ağ nöqtədən dəqiq istifadə etməlidir.

Statistika portalı siyahıya 2019/2020 mövsümündə penaltidən 15 dəfə fərqlənən italiyalı Çiro İmmobilenin başçılıq etdiyini bildirib.

Qeyd edək ki, 2026-cı ildə keçirdiyi 6 qarşılaşmada Mbappe artıq 3 dəfə penaltidən qol sevinci yaşayıb.