Tanınmış saksafonçu, şair və kuklaçı Ted Milton 82 yaşında olmasına baxmayaraq, əfsanəvi "Blurt" qrupu ilə yenidən Avropa turnesinə start verib.

Postxronika.az xəbər verir ki, sənətçinin oğlu Corc Miltonun ərsəyə gətirdiyi The Last Puppet Show filmi atasının yaradıcılığını və mürəkkəb ailə münasibətlərini kuklalar vasitəsilə ekranlaşdıracaq.

Vaxtilə Erik Klepton və Uilyam Borrouz kimi dühlarla ünsiyyətdə olan musiqiçi, həmçinin Terri Gilliamın Jabberwocky filmindəki kukla tamaşaları ilə məşhurlaşıb.

Yeni ekran əsəri bir növ "terapiya seansı" kimi xarakterizə olunur və Miltonun keçmişdəki inadkar sənətçi obrazı ilə indiki halını qarşılaşdırır.

İllər keçsə də səhnə enerjisini qoruyan ifaçı xarizmanı "psixozun bir forması" adlandıraraq, yaşlandıqca daha güzəştə gedən birinə çevrildiyini etiraf edib.

Qeyd edək ki, sözügedən sənədli filmin nümayişi bu ilin sonuna planlaşdırılır.