Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyanın Ukraynanın enerji sisteminə -20 dərəcə şaxtada endirdiyi zərbələri kəskin pisləyib.

Postxronika.az xəbər verir ki, hökumət başçısı ABŞ prezidenti Donald Trampla müzakirədən sonra bu hücumları "vəhşilik" və "xüsusilə iyrənc" adlandırıb.

Hərbi əməliyyatların bərpası Ağ Ev rəhbərinin Vladimir Putindən xahiş etdiyi bir həftəlik atəşkəs müddətinin başa çatması ilə üst-üstə düşüb.

Tramp Rusiya liderinin sözünə əməl etdiyini bildirsə də, hazırda Əbu-Dabidə tərəflər arasında gərgin sülh danışıqları davam etdirilir.

Kiyev və Xarkovda kritik infrastrukturun vurulması nəticəsində minlərlə sakin istilik sistemindən məhrum olub və metro stansiyalarına sığınmağa məcbur qalıb.

NATO rəsmiləri yaranmış vəziyyətlə əlaqədar üzv ölkələri Ukraynaya raket tədarükünü artırmağa çağırıblar.