Emrald Fennellin Emili Brontenin klassik romanı Wuthering Heights əsasında çəkdiyi yeni filmin mətbuat üçün ilk nümayişləri keçirilib. İlkin reaksiyalar Marqo Robbi və Ceykob Elordinin baş rollarda oynadığı filmin yüksək maraq doğurduğunu göstərir.
Filmin tam tənqidçi rəylərinə qoyulan embarqo fevralın 13-dəki premyeraya yaxın tarixədək qüvvədə qalacaq. Bununla belə, ''Warner Bros.'' mətbuata sosial şəbəkələrdə ilkin təəssüratları paylaşmağa icazə verib.
1847-ci ildə nəşr olunan roman əsasında çəkilən film İngiltərənin Qərbi Yorkşir bölgəsində, küləkli düzənliklərdə cərəyan edir və 1847-ci ildə nəşr olunan roman əsasında çəkilən film İngiltərənin Qərbi Yorkşir bölgəsində, küləkli düzənliklərdə cərəyan edir və Ketrin Ernşou ilə Hitkliff arasındakı gərgin münasibəti mərkəzə alır. Filmin ssenarisi Emrald Fennell'ə məxsusdur və o, layihənin rejissorudur. Aktyor heyətində Honq Çau, Şahzad Latif, Alison Oliver, Martin Kluns və Euan Miçell də yer alır.
''Wuthering Heights'' son yüz il ərzində dəfələrlə ekranlaşdırılıb. Ən tanınmış versiyalar arasında Uilyam Uayler'in 1939-cu il filmi, Robert Fuest'in 1970-ci il ekran işi, Piter Kozminski'nin 1992-ci il adaptasiyası və Andrea Arnold'un 2011-ci il filmi göstərilir. Bu layihə Emrald Fennellin rejissor karyerasındakı üçüncü filmidir. O, daha əvvəl ''Promising Young Woman'' (2020) və ''Saltburn'' (2023) filmləri ilə tənqidçilərin diqqətini çəkib.