Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfərini yekunlaşdıraraq Misirə yola düşüb.
Postxronika.az xəbər verir ki, dövlət başçısını daşıyan "TUR" təyyarəsi Riyadın Kral Xalid Beynəlxalq Hava Limanından Qahirəyə istiqamət alıb. Paytaxt aeroportunda ali qonağı Misir Prezidenti Əbdülfəttah əs-Sisi və xanımı, həmçinin rəsmi nümayəndə heyəti qarşılayıb.
Səfər çərçivəsində "Əl-İttihadiyə" sarayında təşkil olunan rəsmi mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib və yaylım atəşi açılıb. Türkiyə liderini bu səfərdə Xarici İşlər, Maliyyə, Müdafiə və Səhiyyə nazirləri daxil olmaqla geniş tərkibli nümayəndə heyəti müşayiət edir. Təntənəli qarşılanmadan sonra prezidentlər təkbətək görüşə başlayıblar.