Qış Olimpiya Oyunları 6 fevral 2026-da rəsmi olaraq start götürürəcək.
Postxronika.az xəbər verir ki, açılış mərasimi Milan şəhərində, San Siro stadionunda keçiriləcək, bağlanış mərasimi isə 22 fevral Verona Arena stadionunda baş tutacaq.
Oyunlarda 15‑dən çox qış idman növü üzrə 100‑dən çox medal uğrunda mübarizə aparacaq. Yarışlar arasında alp xizəyi, fiqurlu konkisürmə, buz xokkeyi, skeleton və luge kimi növlər var.