Bu gün Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində yenidənqurma işləri həyata keçiriləcək.

Postxronika.az xəbər verir ki, "Azərişıq" ASC-nin məlumatına əsasən, şəbəkənin modernləşdirilməsi ilə bağlı saat 09:00-dan 12:00-dək bəzi ünvanlarda işığın verilməsində fasilə yaranacaq. Məhdudiyyətlər şəhərin Qarabağ kanalı ətrafını, İncilli massivini və Koroğlu küçəsini əhatə edəcək. Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.