"Mançester Siti"nin yarımmüdafiəçisi Omar Marmuş İngiltərə Liqa Kubokunun yarımfinalında "Nyukasl Yunayted"ə qarşı keçirilən cavab oyununda iki qol vuraraq matçın qəhrəmanı olub. "Şəhərlilər" bu qələbə (3-1) sayəsində ümumi hesabda rəqibini 5-1 üstələyərək həlledici mərhələyə adlayıb.
Postxronika.az xəbər verir ki, misirli futbolçu ilk qolunun bir qədər bəxtin gətirməsi ilə vurulduğunu etiraf etsə də, əsas hədəfin finala yüksəlmək olduğunu bildirib. O, het-trik şansını qaçırsa da, komandanın nümayiş etdirdiyi döyüşkən ruhdan və əldə olunan nəticədən çox razı qaldığını vurğulayıb.