Çin lideri Si Cinpin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Tayvan məsələsini ikitərəfli münasibətlərin ən vacib elementi adlandırıb.
Postxronika.az xəbər verir ki, Pekin rəhbəri amerikalı həmkarına adaya silah tədarükü zamanı ehtiyatlı davranmağı tövsiyə etsə də, Vaşinqtonla fikir ayrılıqlarını həll etməyə ümid bəslədiyini vurğulayıb. Öz növbəsində danışıqları "əla" adlandıran Tramp Çinin ABŞ-dan soya paxlası alışını artırmaq niyyətini açıqlayıb. Tərəflər söhbət əsnasında Rusiya-Ukrayna müharibəsi, İrandakı vəziyyət və enerji ticarəti kimi qlobal mövzulara da toxunublar. Aprel ayında Çinə səfərə hazırlaşan Ağ Ev sahibi Si ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.