"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Nyukasl"ı üstələyərək Liqa Kubokunun finalına yüksəldikləri matçdan sonra klubun büdcəsi barədə sualları kinayə ilə cavablandırıb. İspan mütəxəssis "Arsenal"la həlledıcı görüşə vəsiqə qazanmalarını zarafatyana şəkildə yalnız xərclədikləri pullarla əlaqələndirib.
Postxronika.az xəbər verir ki, təcrübəli çalışdırıcı daha sonra ciddiləşərək bu nailiyyətin əslində böyük zəhmət tələb etdiyini və oyunçularının yaxşı formada olmasını arzuladığını vurğulayıb. Xatırladaq ki, Qvardiola əvvəlki açıqlamalarında "şəhərlilər"in xərclərə görə Premyer Liqada cəmi yeddinci pillədə qərarlaşdığını bildirmişdi.