Son dövrlər "The Brutalist" filmi ilə diqqət çəkən Stacy Martin, yaradıcı heyətlə yenidən bir araya gələrək "The Testament of Ann Lee" layihəsində iştirak edir. Aktrisa bu eksperimental müziklda Jane "Mother Jane" Wardley obrazını canlandırır.
Postxronika.az xəbər verir ki, müstəqil kinodakı uğurlarına baxmayaraq, 35 yaşlı ulduz Jurassic Park franşizasına qoşulmaq arzusundadır. O, zarafatla qeyd edib ki, bu barədə kifayət qədər danışarsa, növbəti dinozavr filmində rol ala bilər. Eyni zamanda, Martin şəxsi həyatında izaholunmaz hadisələr yaşadığını və problemləri həll etmək üçün ekstrasensə müraciət etdiyini də səmimiyyətlə bölüşüb.