"İnter"in çalışdırıcısı Kristian Çivu qış fasiləsində komandanın heyətini gücləndirə bilməməsinə münasibət bildirib. Mütəxəssis yeni oyunçuların cəlb olunmamasına rəğmən, mövcud durumdan narazı qalmadığını ifadə edib.

Postxronika.az xəbər verir ki, rumıniyalı taktikaçı klubun rəsmi saytına açıqlamasında hər transfer danışığının uğurla nəticələnmədiyini etiraf edib. O, komandanın daxili potensialına güvəndiyini və əllərindəki güclü heyətlə inkişaf etməyə davam edəcəklərini vurğulayıb. Çivu əsas hədəflərinin mövsüm boyu əzmlə çalışaraq qələbə uğrunda mübarizə aparmaq olduğunu qeyd edib.