Ssenarist və rejissor Patrik Hyuzun filmi martın 6-da striminq xidmətində yayımlanacaq. Aktyor heyətini Dennis Quaid, Stefan James, Jai Courtney, Esai Morales, Bleyk Riçardson, Keiynan Lonsdeyl və Daniel Uebber tamamlayır.
''War Machine'' ABŞ Ordusunun ''Ranger'' bölməsinə yeni qəbul olunmuş bir qrup əsgərin təlim məşqi zamanı misilsiz bir təhlükə ilə qarşılaşmasından bəhs edir. Treylerdə Ritçson və silahdaşlarının bu sarsıdıcı kəşfdən sonra qaçışda olduqları göstərilir. Kadrlarda Ritçson deyir: “O şey nədirsə, bizi ovlayır və dayanmayacaq. Bu artıq bizimlə bağlı deyil. O, hamını xəbərdar edir ki, həmin təhlükə yaxınlaşmaqdadır.”
Hyuz filmi Ceyms Bofortla birgə yazdığı ssenari əsasında çəkib. Prodüserlər Todd Libermaan, Aleksander Yanq, Greg McLean və Riç Kuk-dur. İcraçı prodüser isə Valerie Blet Şarp'dır. Ritçson "Amazon''un ''Reacher'' serialındakı baş rolu ilə, eləcə də ''Playdate'' və ''The Ministry of Ungentlemanly Warfare'' kimi filmlərdəki çıxışları ilə tanınır.
Hyuz daha əvvəl ''The Hitman’s Bodyguard'' və ''The Man From Toronto'' filmlərinə rejissorluq edib. O, həmçinin ''Amazon MGM Studios'' üçün keçmiş ''Navy SEAL Mike Thornton'' haqqında çəkiləcək, Ritçson'un da rol aldığı qarşıdakı filmi idarə etməyə hazırlaşır. Ritçson 2024-cü ildə ''The Hollywood Reporter'' üçün hazırlanan üz qabığı müsahibəsində karyera uğurunu düzgün kontekstdə saxlamağın vacibliyindən danışmışdı.