Rotterdam Beynəlxalq Film Festivalı (IFFR) və onun ''CineMart'' bazarı sürgündə olan rejissorlar və alternativ kino səsləri üçün təhlükəsiz platforma kimi tanınır. Builki ''Tiger Competition'' proqramında yer alan “Unerasable!” filmi də bu nümunələrdəndir. Filmin müəllifi "'Socrates Saint-Wulfstan Drakos'' adından istifadə edir.


Bu ad rejissorun əsl adı deyil, lakin diqqətçəkən bir təxəllüsdür. Filmi izləyənlər müəllifin niyə anonim qalmağa məcbur olduğunu aydın şəkildə anlayır.


IFFR-in rəsmi saytında film “siyasi zorakılıqdan qaçaraq Tayland üzərindən qərbə sığınan rejissorun hekayəsini izah edən, təcili, cəsarətli və poetik gündəlik” kimi təqdim olunur. Film eyni zamanda Cənub-Şərqi Asiyada avtoritar rejimlərdə vətəndaş azadlıqlarının məhdudluğunu və Avropadakı neoliberal sistemin daxili ziddiyyətlərini açıq şəkildə tənqid edir.


“Unerasable!” demokratiya hərəkatında iştirak etdiyi üçün işgəncəyə məruz qalan, 2018-ci ildə ölkəsini tərk edərək Tailandda sənədsiz yaşayan müstəqil rejissor CP-nin hekayəsindən bəhs edir. Beş ildən sonra Qərbə üz tutan CP bu dəfə bürokratik maneələrlə qarşılaşır.

''The Hollywood Reporter'' Drakos'la filmin yaranma prosesi və həm kamera arxasında, həm də qarşısında olan rejissorun təhlükəsizliyi mövzusunda söhbət edib. Təhlükəsizlik səbəbilə kimliyi açıqlaya biləcək bəzi detallara yer verilməyib.