ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Ceffri Epşteynlə bağlı məhkəmə işindəki ifadəsinin ictimaiyyətə tam açıq olmasını tələb edib. 

Postxronika.az "Fox News"a istinadən xəbər verir ki, siyasətçi bu addımı ilə məsələyə dair şəffaflıq nümayiş etdirmək niyyətindədir.

Məlumata görə, Klinton ifadəsinin məxfiliyinin qorunmasına ehtiyac duymadığını və sənədlərin dərc olunmasının tərəfdarı olduğunu bildirib. O, bununla bağlı yayılan şayiələrin qarşısını almaq üçün ifadəsinin hər kəs tərəfindən oxunmasını istəyir.