Səudiyyə Ərəbistanı hakimiyyəti yerli sakinlərə məxsus dəvələrə pasport verməyə başlayıb.

Postxronika.az “BAKU.WS”ə istinadən xəbər verir ki, bu barədə krallığın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, nazir müavini heyvandarlıq sənayesinin səmərəliliyinin artırılması və dəvələrin məlumat bazasının yaradılması məqsədilə yeni pasport sistemini təqdim edib. Bu sənəd heyvanın cinsi, sahibi haqqında təfərrüatlar və peyvənd məlumatlarını özündə əks etdirən rəsmi sənəd statusu daşıyacaq. Nazirlik vurğulayır ki, yenilik həm dəvələrin sağlamlıq tarixçəsini izləməyə və xəstəliklərə nəzarət etməyə, həm də mülkiyyət hüququnun təsdiqinə şərait yaradacaq.