Bu gün Türkiyəni dərindən sarsıdan və dünya tarixinə "Əsrin fəlakəti" kimi düşən 6 fevral zəlzələlərindən üç il keçir. 


Postxronika.az "Ölkə.az"a istinadən xəbər verir ki, 2023-cü ilin həmin qanlı sabahında Kahramanmaraşın Pazarcıq və Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündəki iki ardıcıl zəlzələ 11 vilayətdə misli görünməmiş dağıntılara yol açmışdı. Rəsmi statistikaya görə, bu fəlakət nəticəsində 53 537 nəfər həyatını itirib, 107 213 insan isə yaralanıb.


Fəlakətin miqyası rəqəmlərdə belə dəhşət saçır:

Təsir sahəsi- 108 min kvadratkilometrlik ərazidə 14 milyon insan zərər çəkib.

Dağılan infrastruktur- 35 355 bina tamamilə yerlə-yeksan olub, 179 mindən çox tikili ağır zədələnib.

Bölgədən 715 min nəfər başqa şəhərlərə köç etmək məcburiyyətində qalıb; ən çox itki verən şəhər isə Hatay olub.

Hazırda zəlzələnin izlərini silmək üçün dövlət tərəfindən genişmiqyaslı yenidənqurma işləri aparılır. 2025-ci ilin dekabr ayınadək 455 min yeni mənzil tikilərək sahiblərinə təhvil verilsə də, itirilən canların acısı hələ də ilk günkü kimi təzədir. 


Türkiyə xalqı bu kədərli ildönümündə bir daha birlik nümayiş etdirərək fəlakət qurbanlarının xatirəsini ehtiramla yad edir.