Respublika ərazisində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, yaxınlarını məlumatlandırmadan yaşadıqları ünvanları tərk edən və buna görə itkin düşmüş şəxs kimi axtarışda olan vətəndaşların yeri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Postxronika.az-a verilən məlumata görə, fevralın 5-də keçirilən tədbirlər zamanı ümumilikdə 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.