Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın yığılması istiqamətində əməliyyat və profilaktik tədbirlər həyata keçirilib.

Nazirliyin Mətbuat Xidmətindən Postxronika.az-a bildirilib ki, fevralın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 qumbara, 21 tüfəng, 5 patron darağı, 1168 ədəd müxtəlif çaplı patron və 10 mərmi aşkar edərək götürüblər.

Qanunsuz silah saxlayan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.