Qızıl Qlobus mükafatını qazanan "Gizli Agent" filmi indi də "Oskar"ın əsas favoritlərindən birinə çevrilib.
Postxronika.az xəbər verir ki, dünyaca məşhur aktyor Vaqner Mouranın baş rolda çəkildiyi ekran əsəri gələn ay keçiriləcək mərasimdə dörd nominasiya üzrə mübarizə aparacaq.
1977-ci ilin hərbi rejimi dövründə baş verən hadisələri əks etdirən lent, əslində yaradıcı heyətin real həyatda üzləşdiyi siyasi təzyiqlərin bədii təzahürüdür.
Rejissor Kleber Mendonça Filho və baş rol ifaçısı Bolsonaro hakimiyyəti illərində qarşılaşdıqları təqibləri bu gərgin süjetli triller vasitəsilə dünyaya çatdırıblar.
Ekran işi həm tarixi dram, həm də müasir siyasi vəziyyətə cəsarətli cavab kimi böyük rəğbət qazanıb.