Demokrat senator Ruben Qalleqo Donald Trampın seçkilərə müdaxilə cəhdlərinə qarşı amerikalıları kütləvi tətilə səsləyib.

Postxronika.az xəbər verir ki, Arizona ştatının təmsilçisi sabiq prezidentin səsvermə prosesini sabotaj edəcəyi təqdirdə "ölkəni tamamilə məhv edəcək" addımlar atılmalı olduğunu bildirib.

Onun sözlərinə görə, demokratiyaya qarşı hər hansı təhdid zamanı vətəndaşlar işə getməməli və iqtisadiyyatı dayandırmalıdırlar.

Senator Respublikaçıların seçki məntəqələrini nəzarətə götürmək planlarına qarşı ən sərt reaksiyanın veriləcəyini vurğulayıb.

Xatırladaq ki, Trampın tərəfdarları seçki məntəqələrində federal agentlərin yerləşdirilməsi barədə çağırışlar ediblər.