Ukraynanın işğalından sonra tətbiq edilən sanksiyalara ilkin mərhələdə davam gətirən Rusiya iqtisadiyyatında 2026-cı il etibarilə ciddi tənəzzül əlamətləri müşahidə olunur.

Postxronika.az xəbər verir ki, neft gəlirlərinin kəskin azalması və qlobal bazarlardakı qiymət enişi Kremlin maliyyə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Bununla yanaşı, ölkədəki demoqrafik böhran və işçi qüvvəsi çatışmazlığı hökuməti vergiləri, o cümlədən ƏDV-ni artırmağa məcbur edib.

Yaranmış vəziyyət inflyasiyanın sürətlənməsinə və əhalinin sosial rifahının pisləşməsinə səbəb olub.