Türkiyənin Ərzincan vilayətində zəlzələ qeydə alınıb. 

Postxronika.az xəbər verir ki, yeraltı təkanlar Kemah rayonunda baş verib.

AFAD-ın məlumatına görə, yerli vaxtla saat 14:16-da qeydə alınan zəlzələnin gücü 4.9 bal olub. Ocağı yerin təxminən 4.5 kilometr dərinliyində yerləşən təkanlar Elazığ və Tunceli kimi ətraf bölgələrdə də hiss edilib. İlkin məlumatlara görə, hadisə nəticəsində hər hansı dağıntı və ya can itkisi qeydə alınmayıb.