Rusiyanın paytaxtında hərbi kəşfiyyat idarəsinin (QRU) rəhbər müavini, general-leytenant Vladimir Alekseyev odlu silahdan açılan atəşə məruz qalıb.

Postxronika.az xəbər verir ki, yaşadığı binanın girişində naməlum şəxs tərəfindən güllələnən yüksək rütbəli zabit dərhal əməliyyat olunsa da, vəziyyəti ağırdır və o, komadadır. Ukraynadakı hərbi əməliyyatların koordinasiyasında və "Vaqner" qrupu ilə danışıqlarda əsas rollardan birini oynayan Alekseyev Qərb ölkələrinin sanksiya siyahısındadır. Hadisənin Rusiya və Ukrayna rəsmilərinin Əbu-Dabidəki görüşündən dərhal sonra baş verməsi diqqət çəkib. Rəsmi Moskva bu hücumu sülh danışıqlarını pozmağa hesablanmış terror aktı kimi qiymətləndirərək Kiyevi günahlandırıb. Təhlükəsizlik ekspertləri isə hadisəni Rusiya xüsusi xidmət orqanlarının mühafizə sahəsindəki ciddi səhlənkarlığı adlandırıblar.