Pakistanın paytaxtı İslamabad yaxınlığındakı şiə məscidində cümə namazı zamanı güclü partlayış törədilib. İlkin məlumatlara görə, dəhşətli hadisə nəticəsində 31 nəfər həlak olub, 169-dan çox insan isə yaralanıb.
Postxronika.az xəbər verir ki, Xədicə əl-Kubra məscidində baş verən qanlı olayın intiharçı terrorçu tərəfindən icra edildiyi ehtimal olunur. Ölkə prezidenti və baş nazir terror aktını kəskin pisləyərək, günahkarların tapılıb cəzalandırılacağını bəyan ediblər. Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, diqqətlər son vaxtlar regionda fəallaşan radikal qruplaşmalara yönəlib. Xəstəxanaya yerləşdirilən yaralıların bir qisminin vəziyyəti ağır olduğundan itkilərin artacağı istisna edilmir.