Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən itkin düşmüş hesab olunan şəxslərin yerinin müəyyən edilməsi istiqamətində növbəti uğurlu addımlar atılıb.
Postxronika.az xəbər verir ki, fevralın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.