Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən postxronika.az-a verilən məlumata görə, fevralın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 17 tüfəng, 5 patron darağı və 504 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.