Bakının Nəsimi rayonunda parkların birində soyğunçuluq hadisəsi baş verib. Tanışından borc istəyən, lakin "yox" cavabı alan şəxs zor tətbiq edərək onu qarət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən postxronika.az-a verilən məlumata görə, fevralın 6-da zərərçəkən polisə müraciət edərək bildirib ki, Nəsimi rayonu ərazisində tanışı ona fiziki zor tətbiq edib. Nəticədə onun 106 manat pulu və mobil telefonu talanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Z.Tağıyev müəyyən olunaraq saxlanılıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Z.Tağıyev zərərçəkəndən əvvəlcə borc pul istəyib, sonuncunun bundan imtina etməsindən sonra isə qeyd edilən cinayəti törədib.

Faktla bağlı araşdırma aparılır.