Bakı şəhəri, Nəsimi rayonunda avtomobildən oğurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs “Mercedes” markalı nəqliyyat vasitəsinin şüşəsini sındıraraq, avtomobilin salonunda olan 800 manat məbləğində pulu talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Postxronika.az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı A.Əhmədov polis tərəfindən saxlanılıb.

Aparılan araşdırmalar zamanı A.Əhmədovun cinayət əməllərinin bununla bitmədiyi üzə çıxıb. Məlum olub ki, o, elə həmin gün rayon ərazisində “Hyundai” markalı digər avtomobildən də eyni üsulla oğurluq edərək hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.