Pakistanın paytaxtı İslamabadda ötən gün cümə namazı vaxtı məsciddə törədilən partlayış nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
Postxronika.az xəbər verir ki, Pakistan Tibb Elmləri İnstitutu (PIMS) bəzi yaralıların vəziyyətinin ağır olduğunu, bu səbəbdən itkilərin arta biləcəyini açıqlayıb.
​İlkin araşdırmalara əsasən, intiharçı tərəfindən törədilən bu terror aktına görə məsuliyyəti İŞİD-lə əlaqəli qruplaşma üzərinə götürüb. İstintaq mənbələri şübhəlinin sözügedən terror təşkilatı ilə bağlı olduğunu və dəfələrlə Əfqanıstana səfər etdiyini müəyyənləşdirib.
Hadisə zamanı ümumilikdə 169 nəfərin xəsarət aldığı bildirilir. Ölkənin xarici işlər naziri Məhəmməd İshaq Dar faciənin birbaşa kamikadze hücumu olduğunu təsdiqləyib.