"Netflix" 2024-cü ilin uğurlu fransız trilleri ''Under Paris'' filminin davamı üzərində işə başlayıb. Yeni layihənin rejissoru kimi fransız qorxu janrı ustası Alexandre Aja seçilib.


Orijinal filmi (Sous la Seine) Xavier Gens ərsəyə gətirib. Filmdə Bérénice Bejo Parisdə şirin suda yaşaya bilən mutant akulanın şəhəri təhdid etməsinin qarşısını almağa çalışan dəniz tədqiqatçısını canlandırırdı. Film "Netflix''də yayımlandığı il platformanın ən çox izlənən layihələrindən biri olub.


Bejo'nun davam filmində də rol alacağı gözlənilir. Prodüser Vinsent Rocet layihəyə yenidən qoşulub. Alexandre Aja daha əvvəl ''Haute Tension'', ''The Hills Have Eyes'', ''Piranha 3D'' və ''Crawl'' kimi filmlərlə tanınıb.


Filmin əvvəlki rejissoru Xavier Gens'in niyə davam layihəsində yer almadığı və ssenarinin müəllifinin kim olduğu hələlik açıqlanmayıb. ''Netflix'' məsələ ilə bağlı şərh verməyib.