XV əsr flamand rəssamı Yan van Eykin ABŞ və İtaliyadakı muzeylərdə saxlanılan iki məşhur əsərinin müəllifliyi şübhə altına alınıb. İsveçrənin "Art Recognition" şirkətinin süni intellekt vasitəsilə apardığı təhlil hər iki rəsmin ustad sənətkara məxsus olmadığını göstərib.
Postxronika.az xəbər verir ki, Filadelfiya və Turində sərgilənən "Müqəddəs Fransisk stiqmatanı qəbul edir" adlı tablolar üzərindəki elmi sınaqlar onların, əslində, emalatxana işi və ya nüsxə olduğunu müəyyən edib. Mütəxəssislər bu nəticəni təəccüblə qarşılasalar da, analizlər itirilmiş bir orijinalın mövcudluğuna işarə edir. Bu tapıntı Qərb incəsənətinin ən böyük simalarından birinin irsi ilə bağlı yeni suallar doğurub.